Amerika Birləşmiş Ştatlarında hava limanında bədbəxt hadisə baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Florida ştatında Fort-Mayers hava limanında qeydə alınıb. Hava limanının əməkdaşını ildırım vurub.
Hadisə o, sərnişin təyyarəsinin pilotuna istiqamət göstərən zaman baş verib. İldırım vuran şəxsin 21 yaşlı Ostin Dan olduğu bildirilir. O, hadisə nəticəsində 3-cü dərəcəli yanıq xəsarəti alıb. Şəxsin beynində qansızması aşkarlanıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Modern.az