"Etiraf edim ki, hesabı açıb, amma qoruya bilmədiyimiz oyunlar olub. Bu dəfə də hesabı biz açdıq, amma qoruya bilmədik". Modern.az APA-ya istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bildirib.
Oyunsonrası mətbuat konfransında Qriqorçuk nəticəni şərh edib: “Amma bu hər dəfə qeydə alınmır. İki qol buraxdıqdan sonra rəqib qapısına daha 3 qol vurmalı idik. Lakin bunu bacarmadıq. Rəqib bu gün çox güclü idi. Həm fərdi cəhətdən, həm də sürət mənasında bizi üstələdilər”.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Panatinaikos”u qəbul edən “qırmızı-qaralar” ilk oyundakı kimi, yenə məğlubiyyətlə üzləşiblər. “Qəbələ” rəqibinə bu dəfə 1:2 hesabı ilə uduzub.
Modern.az