Modern.az

İsmayıllıda narkotik becərən şəxs saxlanılıb

İsmayıllıda narkotik becərən şəxs saxlanılıb

4 Avqust 2017, 22:10

İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. Modern.az APA-ya isitinadən xəbər verir ki, rayonun Uştal kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Rafiq Səftər oğlu yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 4-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rafiq Məmmədov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb.

Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 57 ədəd olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək orada narkotik bitki əkdiyini etiraf edib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu