ABŞ-da vergi dairəsinə göndərilən paket böyük problem yaradıb. Modern.az xəbər verir ki, hadisə ABŞ-ın Kanzas-Siti şəhərində qeydə alınıb. Belə ki, vergi dairəsinə göndərilən şübhəli paketə toxunan 10 işçinin səhhətində problem yaranıb. Həmin işçilər sonradan başgicəllənmədən və qusmadan şikayət ediblər. Onların bir neçəsi xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bağlamada nəyin olması ilə bağlı məlumat verilmir.
Modern.az