Modern.az

Erməni təxribatının qarşısı alındı: düşmən əsgərləri məhv edildi - VİDEO

Erməni təxribatının qarşısı alındı: düşmən əsgərləri məhv edildi - VİDEO

8 Avqust 2017, 19:51

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Qeyd olunur ki, qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətdədir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu