Modern.az

Xətaidə mənzildən qadın meyiti tapılıb

Xətaidə mənzildən qadın meyiti tapılıb

9 Avqust 2017, 17:50

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:38-də başa çatıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu