Modern.az

Avropada 152 minədək insanın ölüm səbəbi

Avropada 152 minədək insanın ölüm səbəbi

10 Avqust 2017, 20:29

Qlobal istiləşmənin qarşısının alınması üçün zəruri addımlar atılmasa, kəskin istilər 2100-cü ilədək Avropada 152 minədək insanın ölümünə səbəb olacaq. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Tədqiqat mərkəzinin həyata keçirdiyi araşdırmada deyilir.

Bu rəqəm hazırda iqlimlə əlaqədar baş verən ölüm hallarından 50 dəfə çoxdur.

Tədqiqatda bildirilir ki, gələcəkdə iqlimlə bağlı qeydə alınacaq ölüm hallarının 99 faizi məhz isti ilə əlaqədar olacaq və ən çox Cənubi Avropanın payına düşəcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu