Modern.az

Tehrana  yeni mer seçildi

Tehrana  yeni mer seçildi

10 Avqust 2017, 20:43

Məhəmmədəli  Nəcəfi Tehran Şəhər Şurasında baş tutan səsvermədə yekdilliklə (21 səs) İran paytaxtının yeni meri vəzifəsinə seçilib. Modern.az APA-ya istinadən xəbər verir ki, bununla da o Tehranın 16-cı meri oldu.

Məhəmmədəli Nəcəfi “İslaahat” düşərgəsindən olan 66 yaşlı siyasətçidir.  Prezident Həsən Ruhaninin ilk dövlət rəhbəri dövründə o prezidentin müavini və Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində çalışıb.  M.Nəcəfi həmçinin bir müddət İranın Tədqiqat və Təhsil Proqramlaşdırılması Təşkilatının rəhbəri vəzifəsində çalışıb.

Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın 3 dövr bu vəzifədə çalışıb. M.B.Qalibaf  Mühafizəkarlar düşərgəsinin tanınmış siyasətçisidir ki, prezident seçkilərində  hazırkı prezident Həsən Ruhanin əsas  rəqiblərindən biri hesab olunub. Qalibaf 2005-ci ildən Tehranın meri vəzifəsində çalışıb. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu