Modern.az

Azərbaycan – San-Marino oyununun biletləri satışa çıxarıldı

Azərbaycan – San-Marino oyununun biletləri satışa çıxarıldı

10 Avqust 2017, 21:11

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San-Marino oyununun biletləri satışa çıxarılıb.  Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində (metronun “Sahil” stansiyasının yaxınlığı) və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

VIP yerlər üçün biletlərin qiyməti 25, 1-ci kateqoriya üzrə 4, 2-ci kateqoriyaya aid olanlar isə 1 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San-Marino matçı saat 20:00-da başlayacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu