Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib. Modern.az xəbər verir ki, qatar aşağı sürətlə olsa da Sumqayıta doğru hərəkətə başlayıb. Bələdçilər naratçılığa əsas olmadığını, texniki problemin aradan qaldırıldığını elan ediblər.
Qeyd edək ki, bu gün Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb. "Report"un məlumatına görə, saat 18:55-də paytaxtdan yola düşən qatar yolda qalıb. Qatar artıq 30 dəqiqədir hərəkət etmir. Hadisəyə texniki nasazlığın səbəb olduğu və qatarın hərəkətinin 15 dəqiqə sonra bərpa olunacağı bildirilir.
Modern.az