Yer kürəsinə asteroid yaxınlaşır. Modern.az xəbər verir ki, asteroid yer kürəsi yaxınlığından oktyabr ayının 12-də keçəcək. Avropa Kosmik Agentliyinin məlumatına görə, səma cisminin diametri təxminən 15-30 metrdir.
Qeyd olunur ki, bu ölçülərə malik asteroidin Yerin atmosferinə daxil olmasının effekti 2013-cü ildə Çelyabinskdə düşən meteoritlə müqayisə edilə bilər.
Agentliyin məlumatına əsasən, asteroid Yerdən 44 min kilometr məsafədən keçəcək.
Modern.az