Modern.az

Xərçəngdən əziyyət çəkən Qazax sakini özünü asdı - Yenilənib

Xərçəngdən əziyyət çəkən Qazax sakini özünü asdı - Yenilənib

10 Avqust 2017, 23:06

Qazaxda 82 yaşlı kişinin itihar etməsinin səbəbləri məlum olub. Modern.az  "Report"a istinadən xəbər verir ki, Ağköynək kənd sakini olan, 1935-ci il təvəllüdlü Nəriman Tapdıq oğlu İsmayılov uzun müddətdiki xərcəng xəstəliyindən əziyyət çəkirmiş. Son günlərdə bədənində kəskin ağrılar və şişkinliklər yaranıb. Bunlara dözməyən 82 yaşlı kişi özünü yaşadığı evin həyətində tut ağacından asaraq intihar edib. Ahıl kişinin cansız cəsədi yaxınları tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə təcili tibbi yardım və hüquq mühafizə orqanları çağrılıb və cəsəd ekspertizaya aparlıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

22:49

 

Qazaxda intihar hadisəsi baş verib. Modern.az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Kənd sakini, 83 yaşlı Nəriman İsmayılov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələ ki məlum deyil.

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu