Modern.az

Gəncə sakini döyülərək bıçaqlanıb

Gəncə sakini döyülərək bıçaqlanıb

Aktual

11 Avqust 2017, 00:01

Gəncə sakini bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Şəhərin Məhsəti qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Məmmədov Mətləb Nəsrəddin oğlu müxtəlif bədən xəsarətləri və bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. M. Məmmədovun deməsinə görə, bir neçə nəfər tərəfindən döyülüb və bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu