Abituriyentlərin ixtisas seçimi üçün ayrılan müddət başa çatıb. Modern.az xəbər verir ki, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi saat 23:59-da yekunlaşıb.
Avqustun 5-dən ali məktəblərə V ixtisas qrupu üzrə ixtisas seçimi həyata keçirilirdi. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də avqustun 10-u saat 23:59-dək elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməli idilər.
Modern.az