Modern.az

Otaq yoldaşını döyən həbs olundu

Otaq yoldaşını döyən həbs olundu

14 Avqust 2017, 15:00

Kirayə qaldıqları evdə otaq yoldaşını döyən şəxs həbs olunub. 

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dünən saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.     

 

Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub.

 

Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza