Modern.az

Ronaldoya 5 oyunluq cəza verildi

Ronaldoya 5 oyunluq cəza verildi

14 Avqust 2017, 18:07

İspaniya Futbol Federasiyası "Real"ın hücumçusu Kriştiano Ronaldonu 5 oyunluq cəzalandırıb.

 

Modern.az-ın məlumatına görə, buna ötən gün İspaniya Superkubokunda "Barselona" ilə qarşılaşma zamanı iki sarı kart alaraq meydanı tərk edən portuqaliyalı futbolçunun hakimi itələməsi səbəb olub.

 

Qeyd edək ki, "Nou Kamp" stadionunda keçirilən ilk oyun 2:1 hesabı ilə "Kral klubu"nun xeyrinə başa çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza