Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub.
Modern.az-ın məlumatına görə, həlak olanların azı 60 nəfəri uşaqlardır.
Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir.
Dağıntılar altında insanların qaldığı ehtimal olunur.
Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, artıq bir neçə gündür ki, aramsız yağışlar və kəskin hava şəraiti ölkə ərazisində tüğyan edir.