Yəməndə vəba epidemiyasına yoluxanların sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu ölkədə hər gün təxminən 5 min insan vəbaya yoluxub. Artıq epidemiyaya yoluxanların sayı 500 minə çatıb.
Qeyd edək ki, aprel ayının sonundan başlayan epidemiya indiyədək 2 min insanın ölümünə səbəb olub.
Modern.az