Modern.az

Təbii və xalis balı seçməyin 3 SINANMIŞ ÜSULU  

Təbii və xalis balı seçməyin 3 SINANMIŞ ÜSULU   

15 Avqust 2017, 00:21

Balın insan orqanizmi üçün saysız-hesabsız faydalarını çoxlarımız bilirik. Sözsüz ki, söhbət təbii və xalis baldan gedir. Amma təəssüf ki, bu gün bəzi “işbaz”lar daha çox qazanc əldə etmək üçün insanlara xalis bal adı ilə tərkibi, mənşəyi bəlli olmayan qatı bir kütlə sırıyır. Bəs təbii və xalis balı necə seçmək olar?

Modern.az saytı bal seçimi ilə bağlı 3 sınanmış üsulu təqdim edir.

1 stəkan suya bir-neçə damcı yod əlavə edib qarışdırın. Sonra həmin suya qaşığın ucunda bal əlavə edin. Əgər o mavi rəngə çalacaqsa 100 faiz əmin ola bilərsiniz ki, aldığınız bal təbii deyil.

Bir stəkan suya bir-iki damcı sirkə qatın. Sonra aldığınız baldan həmin stəkana əlavə edin. Əgər su köpüklənəcəksə yenə də tam əmin ola bilərsiniz ki, pulunuzu çölə atmısınız.

Gündəlik istifadə etdiyiniz kibritlə balı yandırmağa çalışın. Əgər bal yanmayacaqsa demək təbii və xalis deyil. Əsl bal yanmalıdır.

Bu sadə üsullardan istifadə edərək seçiminizdə yanılmayın. Unutmayın ki, saxta bal sağlamlığınız üçün təhlükə yarada bilər.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza