Modern.az

Qax sakinini ilan sancıb

Qax sakinini ilan sancıb

15 Avqust 2017, 00:06

Qaxda 65 yaşlı kişini ilan sancıb. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Güllük kəndində qeydə alınıb.

Kənd sakini, 1952-ci il təvəllüdlü Mürsəl Şərifov yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan qəfildən onun sağ qolundan sancıb.

Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 65 yaşlı Mürsəl Şərifova lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-stabil olduğu bildirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza