Modern.az

Ali məktəblərə abituriyentlərin qeydiyyatı başlandı

Ali məktəblərə abituriyentlərin qeydiyyatı başlandı

15 Avqust 2017, 10:47

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

 

Modern.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir