Modern.az

Pakistanda sərhədçilərə hücum - 7 ölü

Pakistanda sərhədçilərə hücum - 7 ölü

15 Avqust 2017, 13:58

Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub.

Bu barədə Modern.az xarici KİV-lərə istinadən xəbər verir.

Hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.

Pancqur bölgəsində isə atışma zamanı bir sərhədçi həlak olub, iki nəfər yaralanıb. Hadisələrlə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir