Modern.az

Azərbaycan və İran turizm əlaqələrini genişləndirir

Azərbaycan və İran turizm əlaqələrini genişləndirir

Aktual

15 Avqust 2017, 18:30

Avqustun 14-də  mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İranın Turlar və Avtomobil Nəqliyyatı Təşkilatının prezidenti cənab Morteza Hacının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, İranın nümayəndə heyəti İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahimi və digər nümayəndələrdən ibarət olub.

 

Görüş zamanı hər iki ölkədə turizm təqdimatlarının keçirilməsi, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakı və Təbriz arasında avtomobil yarışlarının təşkili, sərhəd keçmə prosedurlarının asanlaşdırılması, sağlamlıq turizmi sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilmişdir.

 

Qeyd etmək lazımdır ki, Turlar və Avtomobil Nəqliyyatı Təşkilatı İran İslam Respublikasında avtomobil nəqliyyatı ilə səyahətlərin təşkilinə və nəqliyyat vasitələrinə müvafiq icazələrin rəsmiləşdirilməsinə cavabdeh qurumdur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!