Modern.az

Deputatın bacısı qəzaya düşdü4 yaralı

Deputatın bacısı qəzaya düşdü – 4 yaralı

18 Avqust 2017, 11:38

Naftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi  qəzası baş verib. 

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.
 

Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır.
 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi