Modern.az

Nazpəri Dostəliyevanın evindən seyf oğurlandı

Nazpəri Dostəliyevanın evindən seyf oğurlandı

Aktual

21 Avqust 2017, 11:15

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.
 

Xalq artisti bu barədə polisə məlumat verib.
 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 
 

Hadisə ilə bağlı N. Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi