Modern.az

26 yaşlı oğlan özünü tövlədə asdı

26 yaşlı oğlan özünü tövlədə asdı

Aktual

22 Avqust 2017, 09:33

Abşeron rayonunda intihar hadisəsi baş verib.

 

Trend-in məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Burcəliyev Elxan Fikrət oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış