Modern.az

“Beşiktaş” Azərbaycana gəlir

 “Beşiktaş” Azərbaycana gəlir

Aktual

22 Avqust 2017, 11:19

İstanbulun "Beşiktaş" futbol klubu Azərbaycana gələcək.

 

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən bildirir.

 

Məlumata görə, "Beşiktaş" gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

 

Qeyd olunur ki, ölkəmizdə bir və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, "qara qartallar" 3 günlük Azərbaycana gələcək.

 

Hazırda "Beşiktaş" rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.

 

Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?