Modern.az

İsmayıllıda kütləvi dava - 3 nəfər bıçaqlandı

İsmayıllıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Aktual

22 Avqust 2017, 12:42

İsmayıllı rayonunda kütləvi dava olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

 

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetiriib, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.

 

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?