Modern.az

Qətər səfirini İrana geri qaytarır

Qətər səfirini İrana geri qaytarır

24 Avqust 2017, 09:01

Qətər höküməti öz səfirinin İrana geri qaytarılmasını bəyan edib.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən bildirir.

 

Məlumata görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Qətər dövləti bəyan edib ki, öz diplomatik vəzifələrini yerinə yetirmək üçün səfir Tehrana qayıdacaq.

 

Bildirilir ki, Qətər hakimiyyəti "İranla bütün sahələrdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə ümid edirlər"

 

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Səudiyyə Ərəbistanı aralarında şiə din xadimi Nimra ən-Nimranın olduğu 47 nəfəri edam etmişdi. İran din xadiminin edamına qarşı sərt etiraz etmişdi. Bundan sonra İranda din xadiminin edam olunmasına görə etiraz aksiyaları keçirilib və Səudiyyə Ərəbistanın Tehranda səfirliyinə və Məşhəddəki konsulluğuna hücumlar olub.

 

Qətər höküməti bu hücumlara etiraz olaraq səfirini geri çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?