Ağsu rayonu, Kalva kəndində dağlıq ərazidə 62 ha sahədə quru ot və kol-kos yanıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.