Modern.az

"Qarabağ" klubu adından azarkeşlərə müraciət edilib

"Qarabağ" klubu adından azarkeşlərə müraciət edilib

Aktual

24 Avqust 2017, 23:40

Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" klubu adından azarkeşlərə müraciət edilib. Modern.az xəbər verir ki, Ağdam klubu rəsmi feysbuk səhifəsində müraciət yerləşdirib.

 

Müraciətdə azarkeşlərdən "Qarabağ"ın qrupda qarşılaşacağı komandaların sosial şəbəkələrdəki hesablarında təhqirlərə yol verməməsi xahiş olunub: "Xahiş edirik ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq.

 

Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi