Modern.az

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edir

25 Avqust 2017, 23:39

ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.

 

Onun sözlərinə görə, cəza tədbirləri maliyyə sahəsini əhatə edib. S.Sanders həmçinin rəsmi Vaşinqtonun Venesuela prezidenti Nikolas Maduro tərəfindən çağırılan və parlamentin səlahiyyətlərini öz üzərinə götürən Konstitusiya Assambleyasını tanımadığını bildirib.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan Konstitusiya Assambleyasına qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilib. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi