Modern.az

Netvork Marketinq-in qanunsuz piramida sxemalarından fərqi nədir...

Netvork Marketinq-in qanunsuz piramida sxemalarından fərqi nədir...

26 Avqust 2017, 16:01

Bu müqayisəni mütləq bilməlisiniz!


QNET Birbaşa Satış industriyasının qanunlarının və profesional marketinqin etik qaydalarının güclü tərəfdarı olaraq Müstəqil Nümayəndələri üçün #QNETPRO adlı kampaniyaya start verdi. Bu kampaniya industriyanın və bu peşənin öndə gedənlərdən və Netvork Marketinqin qanuni olmasını göstərmək məqsədilə işə salınıb.

 

Qanuni olan Netvork Marketinq-i qanunsuz olan piramida sxemalarından fərqləndirən cəhətlər aşağıdakılardı:

 

  1. 1.      Qanuni Netvork Marketinq;

 

  • Bütün bizneslər kimi zəhmət tələb edir.
  • Qısa zaman ərzində varlanmaq işi deyil.

 

Hər şeydən əvvəl bütün Netvork Marketinq şirkətləri sizə söyləyəcək ki, maddi müstəqillik qazanmaq üçün böyük zəhmət, qərar və biznes strategiyası tələb olunur.

 

Piramida sxemaları isə yalançı vəd verir ki, qısa zamanda asanlıqla varlanacaqsınız. (Xüsusilə də yeni insanların cəlb olunması vasitəsilə)

 

2. Qanuni Netvork Marketinq;

 

  • Real məhsullar təklif edir və təmin edir.
  • Biznes alətləri ilə təmin edir.

 

Netvork Marketinq şirkətləri real məhsullar təklif edir və satır. Distribüterlər və müştərilərə müştəri və marketinq dəstəyi göstərməklə sifarişləri, komisyon mükafatlarını və sifariş olunmuş məhsulların çatdırılma statusunu izləmək imkanını verir.

 

Piramida sxemaları müştərilərə/səhmdarlara maddi heç bir şey vəd etmir.

 


3. Qanuni Netvork Marketinq

 

  • Təlimatlandırmaya böyük önəm verilir.
  • Dəyişməz təlimatları var.

 

 Netvork Marketinq şirkətləri təlimatlara xüsusi diqqət ayırır və sizin biznes və məhsulları daha yaxşı anlamağınız üçün peşəkar təlimçiləri vardır. Bu sizə təşkilatınızı düzgün və uğura doğru təlimatlandırılmağınıza şərait yaradır.

 

Piramida sxemaları isə sizə sərbəst ol və gözlə söyləyir (bir iş görməyə ehtiyac yoxdur).

 

4. Qanuni Netvork Marketinq

 

  • Yerli qanunvericiliyə uyğun olan Məram və Qaydaları var
  • Dəqiq etik qaydaları tətbiq edir.

Netvork Marketinq şirkətlərinin məram və qaydaları aydın şəkildə bəyan edilib və hər bir Netvorkerin bu qaydalara riayət etməsi tələb olunur. Onlar etik mədəniyyət yaratmaqla uzun müddətli və stabil yüksəlişə inanır.

 

5. Qanuni Netvork Marketinq

 

  • Müştəri yüksək keyfiyyətli məhsul və ya xidmətləri alır.
  • Məhsul və xidmətlər çatdırılır.

 

Yatırılmış sərmayəyə uyğun qanuni məhsulları və xidmətləri mövcud olmayan piramida sxemalarından fərqli olaraq Netvork Marketinq şirkətləri dünya əhalisinin həyat tərzinə və zövqünə uyğun olan yüksək keyfiyyətli məhsulların ixtirasına və istehsalına milyonlarla vəsait sərf edir.

 

6. Qanuni Netvork Marketinq

 

  • Distribüterlər insanları cəlb etdiyinə görə deyil, məhz məhsul satışına görə mükafatlandırır.
  • Komisyon mükafatları məhsul satışının həcminə görə ödəyir.

 

Netvorkerlər əsasən, məhsulların satışına və satışları dəstəklədiyinə görə mükafatlandırılırlar.

 

Piramida Sxemalarında isə tələb olunan sayda digər insanları cəlb etməmiş heç bir maddi gəlir ödənilmir.

 

7. Qanuni Netvork Marketinq

 

  • Gəlir imkanları hamı üçün eynidir.
  • Kompensasiya planında məhdudiyyətlər tətbiq olunur.

 

Netvork Marketinq şirkətləri distribüterlərin hamısı üçün bərabər qazanc imkanlarını yaratmaq üçün kompensasiya planına ədalətli və məntiqli məhdudiyyətlər tətbiq edir.

 

Piramida sxemalarında isə gəlirin əksər hissəsi ilk üzv olana gedir, yeni nəfərlər isə ümidsiz olaraq kölgədə qalır, çünki onlar cəlb olunanda piramidadakı pullar artıq tükənmişdir.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi