Modern.az

Türkiyədə 1 həftədə 43 terrorçu məhv edilib

Türkiyədə 1 həftədə 43 terrorçu məhv edilib

26 Avqust 2017, 22:14

Türkiyənin Şırnak, Hakkari, Diyarbakır əyalətlərində 17-24 avqust tarixlərində keçirilən anti-terror əməliyyatları zamanı 43 terrorçu məhv edilib. Modern.az "Trend"ə istinadən xəbər verir ki,  27 ədəd silah, 280 kiloqram alışqan və partlayıcı maddələr, 3 raket qurğuları, 4 tüfəng, 2 tapança, 5,2 kiloqram С-4 tipli partlayıcı maddə və xeyli sayda bombaların hazırlanmasında istifadə olunan müxtəlif partlayıcı maddələr götürülüb.

 

Bundan əlavə bu tarixlərdə Türkiyənin təhlükəsizlik qüvvələri 9440 nəfərin dövlət sərhədini qanunsuz keçmək cəhdinin qarşısını alıblar.

 

Əməliyyatlar gedişində 2 hərbçi həlak olub, 9-u isə yaralanıb.

 

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

 

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü