Masallıda 8 yaşlı oğlan göldə batıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Elməddin Abdul oğlu Abdullayev yaşadığı evin yaxınlığında kiçik bir göldə, valideynlərindən xəbərsiz çimmək istəyib. Göl dərin olduğundan o, orada batıb. Qardaşının hadisə barədə dərhal valideynlərinə xəbər verməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Azyaşlının meyiti yaxınları tərəfindən sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Modern.az