Modern.az

Qazaxıstanda yaşayan azərbaycanlıların pasport problemi: Vəziyyət necədir?!

Qazaxıstanda yaşayan azərbaycanlıların pasport problemi: Vəziyyət necədir?!

27 Avqust 2017, 10:15

1993-cü ildən sonra Azərbaycandan Qazaxıstana pənah aparan, orada məskunlaşan 20 minədək azərbaycanlı qaçqın və məcburi köçkünün pasport ala bilməməsindən ciddi əziyyət çəkdiyi deyilirdi. Hələ də keçmiş SSRİ-nin qırmızı pasportundan istifadə etməyə məcbur olduqları söylənilirdi.

Hazırda Qazaxıstanda yaşayan azərbaycanlıların vəziyyəti necədir?

Problemlər öz həllini tapıbmı?

Uzun illər Mərkəzi Asiya və Qazaxıstan Respublikası üzrə xüsusi müxbir postunun rəhbəri olmuş, tanınmış araşdırmaçı jurnalist Aida Eyvazlı Modern.az-açıqlamasında bu məsələnin 2009-cu ildən bu yana həll olunduğunu bildirib.Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin mobil briqadasının həmin illərdə əvvəlcə Azərbaycanın Aktaudakı Baş Konsulluğunda, sonra isə Astanadakı səfirliyininə ezam olunaraq ölkədə yaşayan azərbaycanlıların vətəndaşlıq pasportuna sahiblənməsi üçün bir neçə müddət fəaliyyət göstərdiyini bildirdi. Bu tipli məsələlərin artıq həll olunduğunu və Qazaxıstanda yaşayan azərbaycanlıların problemlərinin olmadığını deyib.

 

“Ötən il Qazaxıstanda keçirilən parlament seçkilərində hər vilayətdən bir azərbaycanlı aşağı palataya deputat seçilib. Bir nəfər azərbaycanlı Məhərrəm Məhərrəmov isə Yuxarı Palatada Qazaxıstan Parlamentinin deputatıdır. Digər bir azərbaycanlı Əbülfəz Xanmədov Xalq Assamleyasının sədridir. Ən yüksək vəzifəni icra edir. Əvvəllər Azərbaycan səfirliyinə gələn insanları səfirliyin həyətinə buraxmırdılar. Həftələrlə gözləyirdilər Diplomat Rəşad Məmmədov Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunduqdan sonra isə azərbaycanlılar heç bir problem yaşamırlar. İndi pasport problemi olan hər bir kəs Astanadakı səfirliyimizə və Aktaudakı Baş Konsulluğumuza müüraciət etdikdən bir neçə gün sonra, onların problemləri öz həllini tapır. İndi isə vəziyyət dəyişib. Səfirliyin bütün əməkdaşları , eləcə də konsulluq şöbəsi azərbaycanlılara yüksək səviyyədə xidmət göstərir. Səfirliyin qapısı səhər saat 9-dan axşam saat 7-yə qədər azərbaycanlıların üzünə açıqdır. Vətəndaşlarımız bu gün qayğını çox yaxından hiss edirlər. Hansı azərbaycanlını danışdırsan deyir ki, indi bizim Qazaxıstanda arxamız, köməyimiz, sahibimiz var”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi