Modern.az xəbər verir ki, bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.
Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.
Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.
Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.
Mirələm Cəlalov virtualaz.org-a onu da bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir. "Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik"-o bildirib.
Rusiya telekanalları sosial şəbəkələrə istinadən Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah anbarında baş vermiş və partlayışla müşaiyət olunan yanğının qısa videokadrlarını yayıb. Kadrlara əsasən yanğın və partlayış Bakı-Rostov trasına yaxın ərazidə baş verib. Azərbaycandan Rusiya sərhədinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.