Modern.az

Partlayışla əlaqədar yaşayış məntəqələri boşaldılır - RƏSMİ

Partlayışla əlaqədar yaşayış məntəqələri boşaldılır - RƏSMİ

Aktual

27 Avqust 2017, 12:32

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında baş verən yanğınla əlaqədar 6 kənd boşaldılıb.

 

Modern.az xəbər verir ki, hadisə yerinə yaxın rayonun bütün təcili tibbi yardım briqadasının maşınları səfrərbər olub. Hərbi hissənin şəxsi heyətindən yaralıların olduğu bildirilir.

 

Əraziyə Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Müdafiə Nazirliyinin canlı qüvvəsi cəlb olunub. Baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyində qərargah yaradılıb.

 

Müdafiə Nazirlyinin yaydığı məlumatda da bildirilir ki, N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

 

Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Xatırladaq ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bu gün silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi