Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.
44 saylı Sumqayıt-Xızı dairəsinin deputatı Hacı Salayev Modern.az-a açıqlamasında baş vermiş hadisəni diqqətdə saxladığını bildirib.
“Bu gün səhər baş vermiş yanğın hadisəsini diqqətlə izləyirəm. Hələ ki hər-hansı bir səbəb demək mümkün deyil. Hazırda əsas məsələ yanğını söndürərək orada insanların olub-olmamasını müəyyənləşdirmək və xilasetmə işlərini aparmaqdır. Daha sonra aidiyyəti qurumlar hadisəni analiz edib yanğının səbəbləri barədə məlumat verəcəklər”.