Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. O, deyib ki, onların hamısında qəlpə yaraları olub.
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
Siyəzən Diaqnostika Mərkəzində artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.