Modern.az

Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub

Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub

Aktual

27 Avqust 2017, 16:21

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti tam məhdudlaşdırılmış Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, saat 15:50 radələrindən başlayaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qismən bərpa olunub.

 

Qeyd edək ki, bu gün Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılmışdı. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi