Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.
44 saylı Sumqayıt-Xızı dairəsinin deputatı Hacı Salayev Modern.az-a açıqlamasında hazırda hadisə vermiş ərazidə sakinlərlə görüşdüyünü deyib.
“Hadisə baş verəndən dərhal sonra əraziyə yollandıq. Baş vermiş yanğınla yerindəcə tanış olduq. Bu gün səhər baş vermiş yanğın hadisəsini diqqətlə izləyirdim. Hazırda seçildiyim dairədən olan sakinlərlə bir aradayam. İnsanların üzləşdiyi problemlərin həll olunması istiqamətində söhbət aparırıq. Partlayış baş verən əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhali təxliyə olunub. Təxliyə olunmuş insanlar partlayış zamanı qorxu və narahatlıqlarını dilə gətiriblər”