Modern.az

Silah anbarında partlayışla əlaqədar cinayət işi başlanıb

Silah anbarında partlayışla əlaqədar cinayət işi başlanıb

Aktual

27 Avqust 2017, 17:35

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

 

Modern.az-ın məlumatına görə, bu, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin silah anbarında baş verən partlayışla əlaqədar yaydıqları birgə məlumatda əksini tapıb.

 

İstintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi