Modern.az

Tramp meksikalıları ən cinayətkar millətlərindən biri adlandırdı

Tramp meksikalıları ən cinayətkar millətlərindən biri adlandırdı

Aktual

27 Avqust 2017, 23:59

ABŞ Prezidenti Donald Tramp yenə də maraqlı açıqlaması ilə gündəmə gəlib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Tramp meksikalıları dünyanın ən cinayətkar millətlərindən biri adlandırıb.

Prezident daha sonra qeyd edib ki, buna görə də ABŞ və Meksika arasında divar olmalıdır: "Bizimlə milləti kriminal səviyyəsinə görə dünyada ən yüksəkdə olan Meksika arasında divar olmalıdır. ABŞ Meksika divarının tikintisinə bu və ya digər şəkildə vəsait sərf edəcək".

 

Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatası yayın əvvəlində Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi