Modern.az

Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxdı

Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxdı

Aktual

28 Avqust 2017, 09:44

Lənkəran sakini Bakıda itkin düşüb.

 

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

 

Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.

 

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi