Modern.az

Tanınmış teleaparıcı ABŞ-a köçdü - TƏHSİL ALACAQ

Tanınmış teleaparıcı ABŞ-a köçdü - TƏHSİL ALACAQ

Aktual

28 Avqust 2017, 09:57

Fəaliyyəti qadağan olunan ANS televiziyasının tanınmış aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına köçüb. Modern.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, teleaparıcının ABŞ-a köçməsi onun bu ölkədə təhsil almaq istəyi ilə bağlıdır. Qeyd edək ki, Qənirə Ataşova  ANS-in bağlanmasından sonra  Amerikadan Bakıya dönmüşdü.

 

O, özünə dair olan bütün ittiham və suallara elə Bakıdaca cavab verib. Lakin onun könüllü  Azərbaycana qayıtmasına baxmayaraq, sonradan Türkiyəyə gedişi zamanı sərhəddən geri qaytarılmışdı.

 

Ancaq dövlət başçısına müraciətindən sonra Qənirə Ataşovanın ölkəni tərk etməsinə qoyulan qadağa aradan qaldırıldı.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi