““Qarabağ” klubu öz hesabına səfərdə keçiriləcək oyunlara azarkeşlərini aparmayacaq”.
Bunu Modern.az-a açıqlamasında “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Klub rəsmisi bildirib ki, heç bir klub öz şəxsi hesabına azarkeşləri oyunları izləməyə aparmır.
“Amma buna baxmayaraq istər Qarabağın səfər və ev oyunlarında azarkeşlərimiz bizi tək qoymurlar. İnanırıq ki, bu dəfə də elə olacaq. Həm “Çelsi” ilə , həm də digər komandalarla oyunlarımızda azarkeşlərimiz “Qarabağ”a böyük dəstək olacaq”.
Qeyd edək ki, C qrupunda yer alan "Qarabağ"ın ilk oyunu "Çelsi"yə qarşı olacaq. Qrupun sonuncu oyunu isə dekabrın 5-də İtaliyanın paytaxtında keçiriləcək:
12 sentyabr
"Çelsi" (İngiltərə) - "Qarabağ"
27 sentyabr
"Qarabağ" - "Roma" (İtaliya)
18 oktyabr
"Qarabağ" - "Atletiko" (İspaniya)
31 oktyabr
"Atletiko" - "Qarabağ"
12 noyabr
"Qarabağ" - "Çelsi"
5 dekabr
"Roma" - "Qarabağ"