Modern.az

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

Aktual

28 Avqust 2017, 11:59

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək.

 

Azərbaycan Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, sentyabrın 3-dək davam edəcək dünya çempionatında 17 cüdoçumuz mübarizə aparacaq.

 

Belə ki, Budapeştdə ölkəmizi kişi cüdoçularımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) təmsil edəcək.

 

Qadınlardan isə Leyla Əliyeva, Erdenabat Bazarraqça (hər iksi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyankişinq (hər ikisi 52 kq), Səkinə Zayırova, Munktsedev İçinkolo (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (+78 kq) dünya çempionatında iştirak edəcək.

 

Qeyd edək ki, Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi