Dağıstanın Xasavyurd şəhəri yaxınlığında antiterror əməliyyatı keçirilib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı 2 terrorçu öldürülüb. Hüquq-mühafizə orqanlarının iki əməkdaşı da əməliyyat zamanı həyatını itirib.
Məlumata görə, bundan əvvəl bir terrorçunun məhv edildiyi, bir əməliyyatçının həlak olduğu bildirilirdi.
Milli Antiterror Komitəsinin məlumatına əsasən, əməliyyat zamanı baş verən atışma nəticəsində Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 2 terrorçu öldürülüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Mülki əhali arasında zərərçəkən olmayıb.
Modern.az