Modern.az

Ağsuda tövlə yandı, heyvanlar tələf oldu

Ağsuda tövlə yandı, heyvanlar tələf oldu

29 Avqust 2017, 08:32

Ağsuda yanğın hadisəsi baş verib.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanıb.

 

Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olub. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi